Rusiya Covid-19-a qarşı peyvəndlərin tətbiqinə başladı
16 Dekabr 2020 11:50 DünyaRusiya Səhiyyə Naziri Mixail Muraşko ölkənin bütün bölgələrində yeni növ koronavirusa (Kovid-19) qarşı kütləvi vaksinasiyanın başladığını bildirib.
Olaylar.az xəbər verir ki, peyvəndin bölgələrə paylanması prosesində 89, aşılama müddətində isə ümumilikdə 1229 səhiyyə təşkilatının iştirak etdiyini ifadə edən Muraşko indiyədək 28.500 insana peyvəndin vurulduğunu bildirib.
Qeyd edək ki, "Rusiya Koronavirus İnfeksiya Nəzarət və Profilaktika Mərkəzi"nin verdiyi açıqlamaya görə, Covid-19 xəstələrinin sayı son sutka ərzində 26 min 689 nəfər artaraq 2 milyon 707 min 945, ölüm sayı isə 577 nəfər artaraq 47 min 968-ə çatıb.
Sağalanların ümumi sayı isə 2 milyon 149 min 610 nəfərə çatıb.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31