Çində cəmi 12 nəfərdə koronavirus aşkarlandı - Son vəziyyət

Çində son sutka ərzində daha 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Olaylar.az xəbər verir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 770-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 821 xəstə sağalıb.

Ölkədə 315 aktiv koronavirus xəstəsi var ki, onlardan da 8-nin vəziyyəti ağır qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31