Silahlı qrup Nigeriyada orta məktəbdən 668 kişi şagirdi qaçırıb
16 Dekabr 2020 10:51 DünyaNigeriyanın Katsina əyalətində silahlı qrup tərəfindən orta məktəbə edilən hücumdan sonra 668 şagirdin itkin düşdüyü bildirilib.
Bir məktəb rəsmisi açıqlamasında məktəbdə 800 şagirdin olduğunu və şagirdlərin yarısının hələ itkin olduğunu söylədi. Valideynlərin itkin şagirdləri axtarmaq üçün toplandığını açıqlayıb.
Hadisə yerinə gələn polislər və həmin silahlı şəxslər arasında çıxan silahlı qarşıdurmada 1 polis məmuru yaralanıb.
Qeyd edək ki, Məhəmmədu Buharinin prezidenti olduğu Nigeriyanın Katsina əyalətində pul müqabilində belə hallar tez- tez baş verir.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31