Belçikada "normadan çox ölüm sayı" qeydə alınıb

2020-ci il Belçikada  İkinci Dünya Müharibəsindən sonra "normadan çox ölüm sayı" qeydə alınınan il olub.

Olaylar.az xəbər verir ki, Brüssel Vrije Universitetinin apardığı araşdırmaya görə, koronavirus səbəbindən təxminən 18 min insanın öldüyü Belçikada "normadan çox ölüm sayı" qeydə alınıb.

11 milyon əhalisi olan ölkədə hər il təxminən 110 min insanın öldüyü qeydə alınırdısa, bu il rəqəmlərin 130 minə yaxınlaşacağı gözlənilir.

Qeyd edək ki, koronavirus epidemiyasından ən çox təsirlənən ölkələrdən biri olan Belçikada 
 bugünədək 608 min insan virusa yoluxub, 17 min 951 nəfər isə virusun qurbanı olub.

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31