Rusiyada qocalar evində yanğın baş verib
15 Dekabr 2020 11:56 DünyaRusiyanın Başqırdıstan Respublikasındakı qocalar evindəki yanğında 11 nəfər həyatını itirib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə Başqırdıstan Respublikasının İsbuldino kəndindəki qocalar evində yanğın baş verib.
16 nəfərlik birmərtəbəli binada başlayan yanğında 11 nəfər ölüb, 3 nəfər yaralanıb.
Araşdırmalar nəticəsində məlum olub ki, qocalar evinin lisenziyasının olmadığı və xüsusi yaşayış yeri kimi istifadə edildiyi öyrənilib.
Yanğınla bağlı araşdırmalar davam edir.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31