İran ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalara reaksiya verdi.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalarını şiddətlə qınadıqlarını bildirib.

Olaylar.az xəbər verir ki, Zərif  tvitter hesabında Türkiyənin S-400 hava müdafiə sistemi təchizatı səbəbiylə ABŞ sanksiyalarına məruz qalmasına reaksiya göstərib.

"Qonşular bizim prioritetimizdir" etiketiylə paylaşılan mesajında ​​Zərif bu ifadələri verdi:

"ABŞ-ın Türkiyəyə qarşı son sanksiyaları şiddətlə qınayır, Türk xalqının və hökumətinin yanındayıq."

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31