Əfqanıstanda terror: qubernator müavini həlak oldu

Kabil əyaləti qubernatorunun müavini və onun katibi terror aktının qurbanı olub.

Olaylar.az APA-ya istinadən bildirir ki, Əfqanıstanın Kabil əyalətində bomba partladılıb.

Terror aktı paytaxt Kabilin Makrorian Çar rayonunda törədilib.

Nəticədə qubernatorun müavini və onun katibi həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31