Lukaşenkonun İsveçrəyə girişi Qadağan edildi
14 Dekabr 2020 11:26 Dünyaİsveçrə Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiya tətbiq edib.
Olaylar.az xəbər verir ki, hökumət Lukaşenkonun mal varlıqlarının dondurulması, İsveçrəyə girişinə qadağa qoyulması barədə qərar verib.
Ölkə Avropa İttifaqının (Aİ) 6 noyabrda Belarus rəhbərinə qarşı sanksiya qərarına qatılıb.
"Aleksandr Lukaşenko daxil olmaqla 15 nəfərə maliyyə sanksiyaları və səyahət qadağaları qoyulub", - deyə İsveçrə hökuməti açıqlamasında bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31