Ermənistan Qarabağda həlak olan hərbçilərinin sayını açıqladı – RƏQƏMLƏR ARTDI

Ermənistan səhiyyə nazirliyi Qarabağ müharibəsində həlak olan hərbçilərinin sayı barədə yeni məlumatlar verib - 2 min 996 nəfər.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirliyinin mətbuat katibi Alina Nikoqosyan "Armenpress" dövlət informasiya agentliyinə verdiyi məlumatda bildirib.

"Həlak olan 2 min 996 hərbi qulluqçunun cəsədi məhkəmə-tibbi ekspertizadan keçirilib. Müharibə başlanandan indiyədək yaxınlardan  1816 DNT nümunəsi, həlak olanların cəsədlərindən - 993 DNT nümunəsi götürülüb. DNT əsasında cəsədlərin müəyyən edilməsi prosesi davam edir".

Ermənistan tərəfinin məlumatına görə, hələlik həlak olanların hamısı hərbi idarənin müvafiq siyahısına daxil edilməyib. sputnik

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31