Əfqanıstanda qadın jurnalist öldürülüb
11 Dekabr 2020 11:34 DünyaƏfqanıstanda jurnalist Malalai Maiwand avtomobilində öldürülüb.
Olaylar.az xəbər veriri ki, Əfqan Qadın Jurnalistləri Müdafiə Mərkəzinin üzvü və Enekaas TV -nin müxbiri 30 yaşlı Malalai Maivand ölkənin şərqindəki Cəlalabad şəhərində avtomobilinə edilən silahlı hücum nəticəsində həyatını itirib. Məsuliyyəti terror təşkilatı İŞİD ( və ya DEAŞ) öz üzərinə götürüb.
Qeyd edək ki, 5 il əvvəl jurnalistin anası da naməlum şəxslər tərəfində öldürülüb.
Mənbə: Cnn
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31