ABŞ-da partlayış olub, xəsarət alanlar var
9 Dekabr 2020 14:56 DünyaQərbi Virciniyanın Bell qəsəbəsində yerləşən kimya müəssisəsində ötən gün axşam yanğın, daha sonra da partlayış baş verib.
Olaylar.az xəbər verir ki, Kanaua dairəsinin "Twitter" səhifəsində paylaşılan məlumata görə, əvvəlcə kimyəvi maddələr alışıb, sonra isə partlayış baş verib. Müəssisənin 3,2 km ətrafında sakinlərin sığınacağa çəkilməsi məsləhət görülüb.
NBC xəbər verib ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31