Yerevanda əhali yolları bağlamağa başlayıb

Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar şəhərin əsas küçə və yollarını bağlamağa başlayıb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, yüzlərlə sakin müxtəlif yollarda nəqliyyatın hərəkətini iflic edib.

Bundan başqa, Yerevan metropolitenində sərnişinlər qatarların hərəkətinə mane olur. Onlar qapıların arasında dayanaraq "Satqın Nikol" kimi şüarlar səsləndirirlər.

Şəhər ərazisində metronun fəaliyyəti, demək olar ki, tamamilə dayanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31