Fransada "quş qripi" virusu Aşkar edilib

Fransanın cənub-qərbindəki Landes regionunda quşçuluq təsərrüfatında yüksək dərəcədə aktiv "quş qripi" virusu (H5N8) aşkar olunub.

Olaylar.az APA-ya  istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, ANSES Milli Laboratoriyası Benesse-Maremne kommunasında (Landes regionu) 6 000 ördəyin saxlanıldığı quşçuluq təsərrüfatında H5N8 virusuna yoluxma halları aşkar edib.

"H5N8 virusu köçəri quşlar vasitəsilə Avropada fəal şəkildə dolaşır", - deyə Nazirliyin açıqlamasında bildirilib.

Profilaktik tədbir olaraq fermadakı bütün ördəklərin məhv edilməsi qərarı verilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31