Rusiyada koronavirusdan ölənlərin sayı 44 159-a çatıb

Rusiyada son bir gündə daha 26 097 nəfərə COVID-19 diaqnozu qoyulub.

Olaylar.az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 515 009 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 44 159-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 981 526 nəfər sağalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31