Ermənistan müxalifəti: Paşinyan istefa verməsə...

Bu gün Ermənistanın Azadlıq meydanında mitinq keçirən ölkə müxalıfəti baş nazir Nikol Paşinyanı istefa verməyə çağırıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, Daşnaksütun partiyasının nümayəndəsi İşxan Sağatelyan baş nazirə dekabrın 8-i günortayadək vaxt verdiklərini bəyan edib. "Paşinyan və komandası göstərilən vaxtdək isttfa verməsə, bütün Ermənistan ərazisində mülki itaətsizlik hərəkətləri başlayacaq".

"Paşinyan çərşənbə axşamına qədər istefa verməsə, onu özümüz çıxaracağıq", - deyə müxalifət fəalı vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31