Rusiyada da rekord göstərici qeydə alındı
5 Dekabr 2020 13:25 DünyaRusiyada son sutka ərzində 28 min 782 nəfərdə koronavirus aşkarlanıb, bununla ölkə üzrə koronavirusa günlük yoluxma sayında yeni rekord qeydə alınıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyada koronavirusa qarşı mübarizə çərçivəsində yaradılmış informativ portalda məlumat verilib.
Bununla da ölkədə xəstələnənlərin sayı 2 milyon 431 min 731-ə çatıb.
Son sutkada daha 508 nəfərin vəfatı ilə isə virus qurbanlarının sayı 42 min 684-ə yüksəlib.
Bundan əlavə, indiyədək 1 milyon 916 min 396 nəfər sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31