Erməni komandirdən AÇIQLAMA: "Paşinyan sərxoş vəziyyətdə əmr verərək deyirdi ki..."

"Ermənistanda qaçan ordunun komandirlərinə qəhrəman, general adları verilirdi..." 

Olaylar.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, bu sözləri dekabrın 4-də İrəvanda keçirdiyi mətbuat konfransında "Sisakan" dəstəsinin komandiri Aşot Minasyan söyləyib.

A.Minasyan hətta 44 günlük savaşın ilk günlərində baş nazir Nikol Paşinyanın sərxoş vəziyyətdə verdiyi gülünc əmrlərdən də bəhs edib:

"Füzuli-Cəbrayıl istiqamətindəki döyüşlər zamanı Paşinyan sərxoş vəziyyətdə əmr verərək deyirdi ki, Lələtəpəni alın, sizə qəhrəman, general adları verəcəm".(sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31