"Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb"- Peskov

"Dağlıq Qarabağın kimə məxsus olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıb".

Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O vurğulayıb ki, Rusiya bununla bağlı mövqeyini dəyişməyib: "Ümumiyyətlə, heç bir ölkə mövqeyini dəyişməyib".

Qeyd edək ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib.

Həmin qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü tanınıb və işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31