Çexiyada komendant saatı Ləğv edilib
3 Dekabr 2020 11:33 DünyaÇexiya hakimiyyəti koronavirus pandemiyası səbəbilə tətbiq edilmiş sosial məhdudiyyətləri yumşaldıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu gündən Çexiyada gücləndirilmiş sanitariya və epidemioloji tədbirlərə əməl etməklə ölkə ərazisində restoranlar və digər ictimai iaşə obyektləri, mağazalar və əhaliyə ticarət xidməti göstərən digər müəssisələr məhdud rejimdə fəaliyyətlərini bərpa edirlər.
Bundan əlavə, ölkə ərazisində saat 23:00-dan 05:00-dək tətbiq edilən komendant saatı ləğv edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31