Almaniyada karantin yanvarın 10-na qədər uzadıla bilər
3 Dekabr 2020 11:29 DünyaAlmaniyada koronavirusun yayılmasıyla bağlı vəziyyət dəyişməzsə, karantin tədbirləri qüvvədə qalacaq.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Almaniyanın kansleri Angela Merkel Berlində mətbuat konfransında deyib.
A. Merkel bildirib: "Əgər yoluxmalar üzrə vəziyyət indiki kimi davam edərsə, biz yanvarın 4-ü bir daha görüşəcəyik. Federal torpaqlar tədbirləri yanvarın 10-dək uzadacaqlar".
Koronavirusa qarşı vaksinasiyadan danışərkən, Kansler bildirib ki, ilk növbədə bu tədbirlərə səhiyyə işçiləri və ölkədə təhlükəsizliyə cavabdeh olan şəxslər, həmçinin yaşlı insanlar və xəstələr cəlb olunacaq: "Biz bilirik ki, 2021-ci ilin birinci rübündə 7 milyon doza vaksin alcağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31