Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlandı
2 Dekabr 2020 17:31 DünyaErmənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb.
Olaylar.az-ın məlumatına görə, petisiya "change.org" saytında yer alıb.
Petisiyada qeyd olunur ki, N.Paşinyan baş verən hadisələrlə əlaqədar üzərinə məsuliyyət götürməli və istefa verməlidir.
Qeyd edək ki, eyni zamanda Ermənistanda baş nazirin istefası ilə bağlı etirazlar davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31