Pakistan Türkiyədən ”Bayraqdar” alacaq
1 Dekabr 2020 20:17 DünyaPakistan Hindistanla sərhədə nəzarət etmək məqsədilə Türkiyədən zərbə PUA-ları almaq niyyətindədir. Bununla bağlı türk şirkətləri ilə danışıqlar aparılır.
Olaylar.az xəbər verir ki, bu barədə "Eurasian Times" məlumat yayıb.
Məlumata görə, Pakistan ordusu Hindistanla sərhədin 150 km-lik məsafəsinə nəzarət etmək üçün bir neçə saat qalma qabiliyyətinə sahib PUA-lar əldə etmək istəyir.
Sayt bildirib ki, Pakistan Qarabağ münaqişəsi zamanı döyüş meydanında istifadə olunan türk PUA-larını almağa ümid edir.
Pakistanın İLTER dron aşkarlama və zərərsizləşdirmə sistemləri üçün bir Türkiyənin Boğaziçi Savunma şirkətilə də danışıqlar apardığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31