Paşinyan məhkəmədə də uduzdu
1 Dekabr 2020 15:40 DünyaYerevan inzibati məhkəməsi baş nazir Nikol Paşinyana qarşı qaldırılmış məhkəmə iddiası barədə hökm çıxarıb. Ermənistan kütləvi informasiya vasitələri xəbər verir ki, təbiətin mühafizəsi xidmətinin inspeksiya idarəsinin rəis müavini çalışan İqor Sarkisyan Paşinyana qarşı məhkəmə iddiasə qaldırmışdı.
Şikayətçi onun işdən azad olunması barədə baş nazirin 2019-cu il 23 dekabr tarixli qərarının ləğv olunmasını tələb edib. Məhkəmə onun iddiasını təsdiqləyərək, işində bərpa olunmasını və kompensasiya alması barədə hökm çıxarıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31