Ermənistan parlamentinin iclası 2 dəqiqə çəkdi
30 Noyabr 2020 14:03 DünyaErmənistan parlamentinin İnsan hüquqlarının müdafiəsi və ictimaiyyətlə əlaqələr komitəsinin bu gün keçirilən iclası cəmi 2 dəqiqə çəkib.
Olaylar.az Teleqraf.com-a istinadla xəbər verir ki, iclasda ədliyyə nazirinin müavini K.Qriqoryanla əmək və əhalisinin sosial müdafiə nazirinin müavini T.Stepanyan iştirak etməli imiş.
Ancaq nazir müavinləri komitənin toplantısına qatılmayıb.
Gündəliyə çıxarılan iki məsələnin və qanun layihəsinin müzakirəsi bu səbəbdən iki ay təxirə salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31