Ermənistanın mədəniyyət xadimlərinin etiraz aksiyası Keçirəcək

Kinoprodüser Armen Qriqoryan erməni mədəniyyət xadimlərini yeni etiraz aksiyasında iştiraka çağırıb. 

Kinoprodüser Armen Qriqoryan erməni mədəniyyət xadimlərini yeni etiraz aksiyasında iştiraka çağırıb. 

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" xəbər verib.

Etiraz aksiyası noyabrın 29-da Yerevanda Şarl Aznavur meydanında keçiriləcək.

"Bu gün Ermənistan hakimiyyətsiz qaldığına görə öz həmkarlarımızı - mədəniyyət və incəsənət xadimlərini, alimləri, idmançıları və siyasətçilərin iştirakından asılı olmayaraq biganə qalmayanları "Moskva" kinoteatrının yaxınlığında etiraz aksiyasına toplaşmağa çağırırıq", - deyə erməni kinematoqrafçı feysbuk səhifəsində bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31