Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır - Armen Sarkisyan
26 Noyabr 2020 17:23 DünyaErmənistanın və onun xalqının beynəlxalq münasibətlərdə obrazı mənfidir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin prezidenti Armen Sarkisyan deyib.
O bildirib ki, Ermənistan ictimai rəy uğrunda mübarizəni uduzub:
"Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır. Beynəlxalq münasibətlərdə də böhran var, çünki ölkəmizin və xalqımızın obrazı mənfidir. Erməni xalqı Dağlıq Qarabağ münaqişəsinin nəticələri ilə əlaqədar mənəvi-psixoloji zərbə alıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31