Ermənistanda istefa verən nazirlərin sayı 6-ya çatdı

Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryan da istefa verib.

Olaylar.az-ın məlumatına görə, bunu nazirliyin mətbuat katibi də təsdiq edib.

T.Xaçatryan son bir neçə həftə ərzində istefaya gedən 6-cı nazir olub.

Ermənistan Dağlıq Qarabağda kapitulyasiya sənədini imzaladıqdan sonra müdafiə, xarici işlər, sosial müdafiə, təhsil və ədliyyə nazirləri istefa verib.(trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31