Bayden Pompeonu onunla əvəzləyəcək
ABŞ Prezident seçkilərində qalib olan Co Baydenin Dövlət katibi Mayk Pompeonun yerinə təyin edəcəyi şəxsin kimliyi müəyyənləşib.
23 Noyabr 2020 11:38 DünyaABŞ Prezident seçkilərində qalib olan Co Baydenin Dövlət katibi Mayk Pompeonun yerinə təyin edəcəyi şəxsin kimliyi müəyyənləşib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Baydenin sözügedən posta Entoni Blinkeni gətirəcəyi bildirilir.
Bu barədə Qərb KİV orqanları məlumat yayıb. Bildirilib ki, ətrafını yeniləməyə başlayan yeni Prezident özünə xarici siyasətdə köməklik göstərən Entonini daim yanında görmək istəyir.
Qeyd edək ki, 58 yaşlı Blinken Barak Obamanın prezidentliyi dövründə Amerika dövlət katibinin müavini (2015-2017-ci illər), beynəlxalq təhlükəsizlik xidmətinin köməkçisi vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31