Yerevanda növbəti etiraz aksiyası başlayıb

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb.

Olaylar.az-ın məlumatına görə, aksiyada siyasi xadimlər də iştirak edir.

Aksiyada iştirak edən "Daşnaksutyun" partiyasının nümayəndəsi Geqam Manukyan müxalifətin N.Paşinyanın dərhal istefaya getməsini tələb etdiyini deyir:

"Bunun əvəzində isə hökumət müəyyən nazirləri dəyişməklə diqqətimizi yayındırmağa çalışır".

Qeyd edək ki, Yerevanda aksiyalar noyabrın 10-dan etibarən davam edir. Son bir neçə gündür ki, etirazçılar şəhərin mərkəzi küçələrini bağlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31