Lavrovla Paşinyanın görüşü keçirilir
21 Noyabr 2020 13:34 DünyaYerevanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Facebook" səhifəsindən bildirib.
Görüşdən foto paylaşan M.Zaxarova şəkli altına "Dramaturgiya" ifadəsini yazıb.
Qeyd edək ki, bu gün Ermənistana Rusiyanın qurumlararası nümayəndə heyəti səfər edib. Nümayəndə heyətinə S.Lavrovla yanaşı, müdafiə naziri, fövqəladə hallar naziri və baş nazirin müavini daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31