Müharibənin 5-ci günündə artıq 1 500 fərari var idi - Erməni general
Dağlıq Qarabağ müharibəsinin 5-ci günündə artıq 1 500 fərari var idi.
19 Noyabr 2020 17:48 DünyaDağlıq Qarabağ müharibəsinin 5-ci günündə artıq 1 500 fərari var idi.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, general-polkovnik Movses Akopyan deyib.
O bildirib ki, həmin fərarilər Ermənistana qayıdıb təşviş salmaması üçün Qarabağda təcrid olunmuşdu.
O əlavə edib ki, müharibə dövründə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatlar 100 faiz yalan idi:
"Müharibə dövründə belə bir qayda var: düşməni yanıltmaq üçün verilən məlumatın 30 faizi yalan olmalıdır, amma bizdə məlumatların 100 faizi yalan idi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31