Ermənistanın müdafiə naziri istefa verəcək - Erməni KİV
Dağlıq Qarabağda ağır məğlubiyyətdən sonra Ermənistanda siyasi çalxalanma davam edir.
17 Noyabr 2020 13:13 DünyaDağlıq Qarabağda ağır məğlubiyyətdən sonra Ermənistanda siyasi çalxalanma davam edir. Olaylar.az-ın məlumatına görə, ölkədə müdafiə naziri David Tonoyanın vəzifədən azad ediləcəyi gözlənilir.D.Tonoyanın işindən narazılıq hakim "Mənim addımım" partiyası daxilində də müşahidə olunur. Belə ki, partiyanın üzvü Andranik Koçaryan brifinq zamanı nazirin nəyə görə istefa vermədiyini başa düşmədiyini açıqlayıb. Xatırladaq ki, ötən gün xarici işlər naziri Zohrab Mnatsakanyan istefa vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31