Rus ordusu qaçan erməniləri geri qaytarır – Xankəndidə son durum

Dağlıq Qarabağdan qaçan daha 475 erməni Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndinə qaytarılıb

Dağlıq Qarabağdan qaçan daha 475 erməni Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndinə qaytarılıb.

Olaylar.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"19 avtobusdan ibarət konvoyda 475 nəfər Xankəndiyə qayıdıb. Konvoy Rusiya sülhməramlı kontingentinin və hərbi polisin müşayiəti ilə İrəvan-Xankəndi marşrutu ilə gətirilib", - məlumatda qeyd edilib.

Rusiya hərbçilərinin təmas xətti boyunca avtobusların təhlükəsiz hərəkətini təmin etdiyi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31