Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırıldı - Yerevandakı etirazlara görə

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Trend erməni KİV-lərinə istinadən məlumat verir.

S.Sarkisyanın Yerevanda baş nazir Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyasının təşkili ilə bağlı ifadə verməyə çağırıldığı ehtimal olunur.

Qeyd edək ki, Yerevanda keçirilən aksiya zamanı bir sıra siyasətçilər polis tərəfindən saxlanılıb.

Bundan başqa, "Çiçəklənən Ermənistan" partiyasının sədri Qagik Tsarukyan Milli Təhlükəsizlik Xidmətinə aparılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31