İrəvanda həbslər başladı – Ermənistan xaosa təslim olur
İrəvanda müharibə məğlubiyyəti səbəbi ilə baş verən etirazlarda çoxsaylı həbslər həyata keçirilib.
11 Noyabr 2020 14:23 DünyaSfera.az "Exo Kavkaza" saytına istinadla xəbər verir ki, hakimiyyəti ələ keçirmək və konstitusiya quruluşunu zorla devirmək çağırışlarında şübhəli bilinən 6 nəfər saxlanılıb.
Bu barədə Ermənistan hökumətinin aparat rəhbəri Eduard Agacanyan məlumat verib.
Agacanyana sözlərinə görə, həbs olunan altı nəfərdən ikisi Ermənistan parlamentinin sədri Ararat Mirzoyana edilən hücumun "fəal iştirakçılarıdır".
Şübhəliləri "qanunla nəzrdə tutulmuş ən ciddi cəza gözləyir",-deyə Aqacanyan qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31