Ermənistanda daha 2 374 nəfər koronavirusa yoluxdu
4 Noyabr 2020 11:18 DünyaErmənistanda daha 2 374 nəfərdə koronavirus aşkarlanıb. Olaylar.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 97 150-yə yüksəlib.Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 35 nəfər artaraq 1 448-ə çatıb. COVID-19 dianozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 389-ə yüksəlib. İndiyədək 58 811 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 36 502 aktiv koronavirus xəstəsi var.(unikal.org)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31