107 nəfər dağıntıların altından çıxarılıb - İzmirdə axtarış-xilasetmə işləri dayandırılır
İzmirdə zəlzələ nəticəsində dağılan binalarda günlərdir davam edən axtarış-xilasetmə işləri bu gecə yekunlaşacaq.
4 Noyabr 2020 11:07 Dünyaİzmirdə zəlzələ nəticəsində dağılan binalarda günlərdir davam edən axtarış-xilasetmə işləri bu gecə yekunlaşacaq.
Olaylar.az bildirir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum məlumat verib.
Onun sözlərinə görə, hazırda axtarış-xilasetmə işləri təkcə bir binada aparılır və buradakı işlərin də bu gecə tamamlanması planlaşdırılır.
"Zəlzələ nəticəsində İzmirdə 17 bina dağılıb. Məsələyə həssas yanaşırıq. Son ana qədər, son saniyəyə qədər dağıntıların altında qalan vətəndaşlarımızı sağ-salamat çıxarmağa çalışırıq. 107 vətəndaşımızı dağıntılardan çıxarmışıq. Dağıntıların altında qalan 111 vətəndaşımızı isə itirdik. Yaralıların xəstəxanalarda müalicələri davam etdirilir".(sfera.az)