Bu gün ABŞ 46-cı Prezidentini seçir - BÖYÜK GÜN
3 Noyabr 2020 09:54 DünyaBu gün ABŞ-da 59-cu ümumi seçkilər keçiriləcək.
"TASS" xəbər verir ki, Prezident və vitse-prezidentlə yanaşı, amerikalılar 35 senator, Nümayəndələr Palatasının 435 üzvünü, 11 ştatın və iki ərazinin qubernatorunu, həmçinin yerli hakimiyyət orqanları rəhbərlərini seçməlidirlər.
Ağ Ev uğrunda mübarizədə Prezident Donald Tramp və vitse-prezident Maykl Pensla ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden və Kaliforniya ştatından senator Kamala Harris rəqabət aparır.
Qeyd edək ki, seçilmiş prezidentin inaqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.KONKRET.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31