Britaniyada gücləndirilmiş karantin rejimi tətbiq olunacaq
2 Noyabr 2020 11:55 DünyaBöyük Britaniyada noyabrın 5-dən etibarən gücləndirilmiş karantin rejimi tətbiq olunacaq. Bir ay davam edəcək karantin rejimi dekabrın ilk həftəsində virusa yoluxmada azalma müşahidə olunarsa, dayandırıla bilər. Lakin əksi müşahidə olunarsa, bu müddət uzadıla bilər.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, qaydalara əsasən məktəblər fəaliyyətini davam etdirəcək, lakin vacib olmayan ticarət obyektləri, restoran və kafelər bağlanılacaq.
Qapalı iş yerlərinin işçilərinə dövlət tərəfindən maliyyə yardımı olunacaq.
Hökumət tərəfindən edilən açıqlamaya əsasən budəfəki qaydalar mart-aprel aylarında tətbiq olunan rejim qədər sərt olmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31