İzmirdə daha 100 nəfər dağıntıların altından xilas edilib
31 Oktyabr 2020 13:21 Dünyaİzmirdə zəlzələ nəticəsində dağıntıların altından daha 100 nəfər çıxarılıb.
Olaylar.az-ın məlumatına görə, onlar müvafiq xəstəxanalara çatdırılıb.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Həmçinin, qeyd edilir ki, İzmirdəki zəlzələ ətrafında sosial şəbəkələrdə təxribat xarakterli məlumatlar yayan 6 şəxs polis tərəfindənsaxlanılıb.
Xatırladaq ki, dünən İzmirdə 6,9 bal gücündə zəlzələ olub. Nəticədə 24 nəfər ölüb, 804 yaralı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31