Gürcüstanda pandemiya vəziyyəti ağırlaşdı - Son gündə 1 928 nəfər...

Gürcüstanda ötən sutka ərzində 1 928 nəfər koronavirusa yoluxub.

Olaylar.az xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 28 min 431 nəfərə çatıb.

Son 24 saatda 8 nəfər vəfat edib. Bununla ölənlərin sayı 201-ə yüksəlib.

Hazırda Gürcüstanda 17 min 463 aktiv COVİD-19 xəstəsi var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31