Pakistanda yaşayış binasında partlayış: Ölənlər var

Pakistanda yaşayış binasında partlayış olub, ölənlər var.

Olaylar.az APA-ya istinadən verdiyi xəbərə görə, Kəraçi şəhərinin cənubunda, Kəraçi Universitetinə yaxın ərazidə yerləşən yaşayış binasında baş vermiş partlayış nəticəsində ən azı 5 nəfər həlak olub, 20-dən artıq şəxs yaralanıb.

Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Partlayışın baş vermə səbəbi hələlik məlum deyil, araşdırılma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31