İrandan RƏSMİ QARABAĞ ÇIXIŞI: Ermənistanın hərbi avtomobilləri...

Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir.

Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir.

Olaylar.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

Nazirlikdə təşkil olunan mətbuat konfransında sualları cavablandıran sözçü İran vasitəsilə Ermənistana silah göndərilib-göndərilmədiyi iddialarına belə cavab verib: "İran Ermənistanın keçid marşrutudur. Bu marşrutun yaxşı qonşuluq münasibətləri çərçivəsində Ermənistan xalqı və hökumətinə sadəcə humanitar məhsulların keçidi üçün istifadə olunması öhdəliyinə sadiqik. Heç bir şəkildə hərbi avtomobillərin keçidinə icazə verilmir. İran ilə Ermənistan arasındakı marşrutun istismarına və hərbi avtomobillər üçün istifadə edilməsinə əsla icazə verilməyəcək. Bunun İranın prinsipial siyasəti ilə ziddiyyətli heç bir tərəfi yoxdur".

O, Ermənistana Dağlıq Qarabağdakı işğalın başa çatdırılması çağırışı edib: "İran Qarabağdakı böhranın həlli üçün layihə hazırlayıb. Münaqişənin tərəfləri, bölgə ölkələri və qonşularla əlaqəli şəkildə bu məsələ izlənəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31