Paşinyan Putinə zəng etdi: "Atəşin dayandırılmasına təcili ehtiyac var"

Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri arasında telefon danışığı olub.
Erməni tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin müzakirəsi davam etdirilib.
Vladimir Putin davam edən hərbi əməliyyatlarla əlaqədar ciddi narahatlığını ifadə edib. Tərəflərin atəşi dayandırması və böhranın deeskalasiyası məqsədi ilə tədbirlər görülməsinə təcili ehtiyac olduğu vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31