İranlı diplomat: Azərbaycanın müsəlman xalqının müqavimətilə Qarabağ tezliklə azad olunacaq
30 Sentyabr 2020 07:03 Dünya"Ümid edirəm Azərbaycanın müsəlman xalqının müqavimətilə Qarabağ tezliklə azad olunacaq". SİA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentində Ərdəbil əyalətindən olan deputatların assambleyasının sədri Seyid Kazim Musəvi deyib. O özünün "Twitter" səhifəsində Azərbaycan və Ermənistan arasında baş vermiş son gərginliyə münasibət bildirərək deyib ki, işğalçı ermənilərlə qarşıdurmada azərbaycanlı əsgərlərdən bir neçəsinin şəhid olması ilə bağlı aldığı məlumatdan çox narahat və kədərlidir: "Bu vasitə ilə Azərbaycanın müsəlman xalqına başsağlığı verirəm. Ümid edirəm Azərbaycanın müsəlman xalqının müqaviməti sayəsində Qarabağ tezliklə azad olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31