İDDİA: Putin Paşinyanın tələbini rədd etdi
27 Sentyabr 2020 20:42 DünyaErmənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezdenti Vladimir Putinə zəng edib.
Türkiyə mənbələri tərəflər arasında baş tutmuş telefon danışığının bəzi detalları barəsində məlumat əldə edib.
Qeyd edilib ki, danışıq zamanı Paşinyan Putindən Kollektiv Təhlükəsizlik Təşkilatının yardımını tələb edib.
Rusiya Prezidenti isə döyüşlərin Ermənistan ərazisinda getmədiyini əsas gətirərək yardım tələbini rədd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31