Dəhşətli yol qəzası: 8 futbolçu öldü, 4-nün vəziyyəti ağırdır
20 Sentyabr 2020 13:39 DünyaQanada avtobusun çaya düşməsi 8 futbolçunun ölümü ilə nəticələnib.
Qaynarinfo xəbər verir ki, hadisə Aşantı bölgəsində baş verib.
İdmançılar olan avtobus çaya düşüb. Altı nəfər yerindəcə, daha iki nəfər xəstəxanada ölüb. Dörd futbolçunun vəziyyəti ağırdır.
Komanda gənclər futbol liqasında iştirak etmək üçün qeydiyyatdan keçməyə gedirmiş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31