Yeni doğulan körpə hamını şoka saldı - İki başı var
Myanmada ikibaşlı uşaq dünyaya gəlib.
18 Sentyabr 2020 14:36 DünyaMyanmada ikibaşlı uşaq dünyaya gəlib.
Olaylar.az baku.ws-ə istinadən xəbər verir ki, körpə Neypido şəhərində anadan olub. Ailənin ikinci övladı kimi doğulan körpənin iki başı var.
29 yaşlı Sanda Min hamiləliyinin 8-ci ayında xəstəxanaya müraciət edib. Qadın qeysəriyyə kəsiyi ilə ana olub. Doğulan körpənin çəkisi 2,5 kq-dır.
Onun bir bədəni və daxili orqanları var. "Artıq başının olduğunu nəzərə almasaq, uşaq tamamilə sağlamdır", - xəstəxanadan verilən açıqlamada bildirilir.
Uşaq hazırda reanimasiyadadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31