Payızda Avropanı fəlakət gözləyir - ÜST-dən PROQNOZ

Avropada COVID-19 xəstəliyi səbəbilə ölənlərin sayının payızda artması proqnozlaşdırılır.

AFP   xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Kluqe deyib.

Onun sözlərinə görə, oktyabr-noyabr aylarında daha yüksək ölüm nisbəti gözlənilir.

Qeyd edək ki, Avropada bu günədək 4 milyon 84 min 62 yoluxma, 212 min 583 ölüm qeydə alınıb. 2 milyon 246 min 281 nəfər xəstəlikdən sağalıb. Hazırda qitədə 1 milyon 625 min 198 aktiv koronavirus xəstəsi var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31