Hindistanın və Çinin Xarici İşlər nazirləri Moskvada görüşüb
Hindistanın Xarici İşlər naziri Dr. S. Caişankar Moskvada Çinin Dövlət Müşaviri və Xarici İşlər naziri Vang Yi ilə Hindistan-Çin sərhədindəki mövcud gərginliklə əlaqədar ətraflı müzakirə aparıb. Olaylar.az bildirir ki, iki saat yarım davam edən görüşdə Hindistanın Xarici İşlər naziri 1976-cı ildə səfirlər səviyyəsində münasibətlərin bərpasından və 1981-ci ildən etibarən sərhəd danışıqlarının aparılmasından bu yana Hindistan-Çin münasibətlərinin geniş şəkildə müsbət xətt üzrə inkişaf etdiyini vurğulayıb. Bəzən insidentlər baş versədə də, sərhəd bölgələrində əsasən sülh və əmin-amanlıq mövcud olmuşdur. Nəticədə, Hindistan-Çin əməkdaşlığı geniş sahələrdə inkişaf edərək əlaqələr daha substantiv xarakter almışdır.
14 Sentyabr 2020 11:45 DünyaHindistanın Xarici İşlər naziri Dr. S. Caişankar Moskvada Çinin Dövlət Müşaviri və Xarici İşlər naziri Vang Yi ilə Hindistan-Çin sərhədindəki mövcud gərginliklə əlaqədar ətraflı müzakirə aparıb. Olaylar.az bildirir ki, iki saat yarım davam edən görüşdə Hindistanın Xarici İşlər naziri 1976-cı ildə səfirlər səviyyəsində münasibətlərin bərpasından və 1981-ci ildən etibarən sərhəd danışıqlarının aparılmasından bu yana Hindistan-Çin münasibətlərinin geniş şəkildə müsbət xətt üzrə inkişaf etdiyini vurğulayıb. Bəzən insidentlər baş versədə də, sərhəd bölgələrində əsasən sülh və əmin-amanlıq mövcud olmuşdur.
Nəticədə, Hindistan-Çin əməkdaşlığı geniş sahələrdə inkişaf edərək əlaqələr daha substantiv xarakter almışdır. Hindistan tərəfi sərhəd probleminin həllinin vaxt və səylər tələb etdiyini qəbul etsə də, sərhəd ərazilərində sülhün və əmin-amanlığın qorunub saxlanmasının əlaqələrin inkişafı üçün vacib olduğu da açıqdır. Lakin Ladaxın şərqindəki son hadisələr, istər-istəməz ikitərəfli münasibətlərin inkişafına təsir etdi. Bu səbəbdən mövcud vəziyyətin təcili şəkildə həll olunması, hər iki xalqın marağındadır.
Görüşdə Hindistan tərəfi Çin əsgərlərinin faktiki nəzarət xətti ətrafında texnika ilə toplaşmasından ciddi narahatlığını vurğuladı. Belə böyük sayda qoşunları faktiki nəzarət xətti ətrafında mövcudluğu 1993-cü il və 1996-cı il sazişlərinə uyğun deyildi və xətt boyunca münaqişə ocaqları yaratdı. Çin tərəfi qoşunların yerləşdirməsi ilə bağlı əsaslı bir açıqlama verməyib. Çinin ön cəbhə qoşunlarının faktiki nəzarət xətti ətrafında baş verən çoxsaylı toqquşma insidentlərindəki fitnəkar davranışı, ikitərəfli razılaşmalara və protokollara əhəmiyyət verilmədiyini göstərdi. Hindistan tərəfi sərhədyanı ərazilərin idarəedilməsinə dair bütün razılaşmalara tam riayət olunmasını gözlədiyini və status-kvonun birtərəfli qaydada dəyişdirilməsinə icazə verməyəcəyini açıq şəkildə bildirib. Həmçinin, Hindistan qoşunlarının sərhəd ərazilərinin idarə edilməsinə aid bütün razılaşmalara və protokollara diqqətlə əməl etməsi də vurğulanıb. Dərhal həyata keçirilməsi olan məsələ bütün toqquşma sahələrindən qoşunların tamamilə geri çəkilməsini təmin etməkdir. Gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısını almaq üçün bu zəruridir. Qoşunların daimi postları üzə yekun yerləşdirilməsi və prosesin mərhələləri hərbi komandirlər tərəfindən işlənib hazırlanmalıdır.